Tramp Putinin İstanbula gəlməməsinə reaksiya verib


Putinlə şəxsən görüşənə qədər Rusiyanın Ukraynaya qarşı müharibəsinin nizamlanması kontekstində heç nə baş verməyəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Amerika lideri bunu təyyarədə jurnalistlərə açıqlamasında deyib. Jurnalistlər Trampdan Moskvanın Putinin iştirakı olmadan Türkiyəyə göndərdiyi nümayəndə heyətinin səviyyəsindən məyus olub-olmadığını soruşublar.

“Mən heç nədən məyus deyiləm. Nümayəndə heyəti haqqında heç nə bilmirəm və hətta onun tərkibi ilə bağlı məlumatları da yoxlamamışam. Putin və mən görüşənə qədər heç nə baş verməyəcək. Amma biz bunu anlamalı olacağıq, çünki çoxlu insan ölür" - deyə o cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu