Hindistandan gələn turistlər azalacaq


Hindistanlı bloger və siyasətçilərin ölkə vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırışından sonra bir çox turlar artıq ləğv olunub.


Bunu AFN.az-a açıqlamasında “Zakher” travel şirkətinin rəhbəri Cəfər Qara bildirib. Onun sözlərinə görə, Hindistan Azərbaycanda turizm sektorunun əsas hədəf bazarlarından biridir: "Hindistandan gələn turistlərin sayı, gecələmə və xərclər göstəricilərindəki artım Hindistanı Azərbaycana ən çox səfər edən ilk 10 ölkə sırasına daxil edib. Xüsusilə son 1-2 il idi ki, Hindistandan Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunurdu".
Cəfər Qara diqqətə çatdırıb ki, lakin hindistanlı bloger və siyasətçilərin X sosial şəbəkəsi vasitəsilə "Boycot Azerbaijan" kampaniyası başlatması bu ölkədən gələn turistlərin sayına ciddi təsir göstərəcək: “Artıq bəzi turlar ləğv olunub. Kampaniyaya qoşulmayan turoperatorlara da irad bildirir, onları da turları ləğv etməyə çağırırlar”.
Şirkət rəhbəri maraqlı bir xəbəri də saytımızla bölüşdü. Onun sözlərinə görə, bu kampaniyanın arxasında Amerikadakı erməni lobbisi dayanır: "Mənfur düşmənlərimiz oradan Hindistanın turizm şirkətlərini Azərbaycana və Türkiyəyə turları dayandırmağa çağırırlar".
Qeyd edək ki, Hindistanın Pakistana hücumu ilə bağlı Azərbaycanın İslamabada dəstək nümayiş etdirməsi bu ölkənin bloger və siyasətçilərinin qəzəbinə səbəb olub. Onlar hökuməti Azərbaycanla bütün münasibətləri kəsməyə çağırırlar.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu