Kənan Quluzadə: Gələn il üçün xarici turistlərin sayını 4 milyona çatdırmağı planlaşdırırıq


“2023-cü il ərzində Azərbaycanın müxtəlif bölgələrində yeni turizm məhsulları yaradılıb. Əsas məqsədimiz Azərbaycana gələn xarici turistlərin sayını daha da artırmaqdır”.


Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib. O qeyd edib ki, yola salmaqda olduğumuz il üçün 20 faiz artım proqnozlaşdırdqları halda 30 faizə nail olunub. Bu isə 2 milyondan artıq xaricinin Azərbaycana səfəri deməkdir. “İl ərzində daxili turizmin də inkişafına nail olmuşuq. Daxili səyahətlərin sayı 5 milyona çatıb.

Gələn il üçün planlarımız xarici turistlərin sayının 4 milyonu keçməsidir. Təbii ki, bunun üçün biz daha rəngarəng, daha cazibədar turizm məhsulları yaradıb tanıtmalıyıq. Bu istiqamətdə Azərbaycan Turizm Agentliyi olaraq işlərimizi davam etdirəcəyik”, - deyə Kənan Quluzadə diqqətə çatdırıb.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu