Husilər Ben Qurion hava limanına yenidən hücum ediblər

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hipersəs ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına yeni hücum etdiklərini bildiriblər.
AFN.az xəbər verir ki, onlar bu haqda açıqlamanı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın Telegram kanalında yayıblar.
Bildirilir ki, bu, son 24 saat ərzində hərəkat tərəfdarları tərəfindən bu obyektə atılan üçüncü raketdir. Mərminin "hədəfinə çatdığı", hava limanının fəaliyyətinin təxminən bir saat dayandırıldığı iddia edilir.
Husilər İsrailin Qəzza zolağına qarşı təcavüzü bitənə qədər Fələstin xalqına dəstək olaraq hərbi əməliyyatlarını davam etdirəcəklərini bəyan ediblər.