İsrailn Qəzzada Avropa xəstəxanasına zərbəsi nəticəsində 4 nəfər ölüb


İsrail ordusu Qəzza zolağında yerləşən Avropa xəstəxanasına hava zərbələri endirib.


AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. Hücum nəticəsində azı 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Qəzza zolağında yerləşən Avropa Xəstəxanası 1989-cu ildə AB qrantı ilə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) tərəfindən təsis edilmiş Fələstin dövlət xəstəxanasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu