Qəzzada 65 mindən çox uşaq qida çatışmazlığı səbəbindən xəstəxanalara yerləşdirilib

Qəzza zolağında İsrailin davam edən blokadası fonunda kəskin qida çatışmazlığı səbəbindən 65 mindən çox uşaq xəstəxanaya yerləşdirilməli olub.
AFN.az xəbər verir ki, bu barədə Qəzza hökumətinə istinadən “Al Masirah” telekanalı məlumat yayıb.
Bildirilir ki, hər gün aclıqdan əziyyət çəkən 1,1 milyon fələstinli uşaq və yeniyetmədən 65 mindən çox uşaq kəskin qida çatışmazlığı səbəbindən xəstəxanalara yerləşdirilib.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında İsrailin martın 2-dən etibarən qüvvədə olan humanitar yardım qadağası səbəbindən Qəzza zolağındakı ağır vəziyyətə diqqət çəkib.