İsrail Qəzzada yaşayış binasına zərbələr endirib


İsrail qüvvələri Qəzzanın şərq hissəsində yerləşən Əl-Şücayya bölgəsində yaşayış binasına zərbələr endirib.


AFN.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, atəş nəticəsində azı 11 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb.

İsrail ordusu mart ayından etibarən Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, kütləvi zərbələr endirir. Bununla da bu ilin yanvarında əldə edilmiş atəşkəsi pozulmuş sayılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu