İsrailin Qəzzaya bir gündə endirdiyi zərbələr 29 nəfərin həyatına son qoyub

İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 29 fələstinli həlak olub.
AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bir neçə gün əvvəl İsrailin Qəzza şəhərinin şərqindəki Əl-Şucayyə bölgəsindəki yaşayış məntəqəsini vurması nəticəsində 35 nəfərin ölümündən sonra xilasedicilər itkin düşənlərin axtarışını davam etdirir.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub.