Çin ABŞ mallarına əlavə rüsumların əksəriyyətini ləğv edəcək

Çin mayın 14-dən etibarən ABŞ mallarına əlavə rüsumları 10 faziə endirərək, onların əksəriyyətini ləğv edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin yaydığı Cenevrədə ticarət danışıqlarından sonra Çin-Amerika birgə bəyanatında deyilir.
Çin aprelin 10-dan etibarən ABŞ mallarına 34 faiz məbləğində əlavə gömrük rüsumları tətbiq edib. İsveçrədəki danışıqlardan sonra onlar 24 faiz bəndi azaldılıb, 10 faizlik tariflər isə qüvvədə qalır. Bundan əlavə, Pekin ÇXR Dövlət Şurası yanında Tarif Komissiyasının 5 və 6 saylı fərmanlarının qüvvəsini ləğv edəcək, onlara əsasən əlavə rüsumlar müvafiq olaraq 84 faiz və 125 faiz artırılıb, bununla da onları 91 faiz bəndi azaldacaq. Çin həmçinin aprelin 2-dən etibarən ABŞ-a qarşı tətbiq edilən qeyri-tarif əks tədbirləri dayandırmağı və ya ləğv etməyi öhdəsinə götürür.
Pekin və Vaşinqton ticarət-iqtisadi əlaqələr üzrə müzakirələri davam etdirmək üçün məsləhətləşmə mexanizmi yaratmaq barədə razılığa gəliblər. Məsləhətləşmələr növbə ilə Çin və ABŞ-da və ya üçüncü ölkədə keçirilə bilər.
Mayın 10-11-də İsveçrədə Çin-Amerika ticarət-iqtisadi danışıqları keçirilib.