Tramp Rusiyadan narazıdır: Vladimir, dur!

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya kütləvi zərbə endirməsindən narazı olduğunu bildirib və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.
AFN.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb. "“Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Bu lazım deyil və çox pis vaxtda reallaşıb", - deyə Tramp qeyd edib.
Amerika lideri Rusiya prezidenti Vladimir Putini bu cür zərbələri dayandırmaq üçün göstəriş verməyə çağırıb: “Vladimir, dur! Hər həftə 500 əsgər ölür. Gəlin, sülh sazişi bağlayaq!"