ABŞ Hindistana beşinci nəsil F-35 qırıcıları təklif edir

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Hindistanla daha çox əlaqə yaratmağa çağıraraq, ölkənin ABŞ-dan daha çox silah və enerji almalı və Vaşinqtona bazarına daha geniş çıxış imkanı verməli olduğunu deyib.
AFN.az "ABC News"a istinadən xəbər verir ki, o, gözlənilən ikitərəfli ticarət razılaşmasının uğurlu olacağını bildirib.
Vens Hindistanın baş naziri Narendra Modi ilə müzakirələr zamanı ticarət danışıqlarında irəliləyiş əldə etdiklərini və iki tərəfin ticarət danışıqları üçün şərtləri yekunlaşdırdığını qeyd edib. Vurğulayıb ki, yekun razılaşma üçün yol xəritəsinin hazırlanması istiqamətində mühüm addım atılıb.
Hindistan və ABŞ bu il ikitərəfli ticarət sazişi bağlamağa ümid edirlər və 2030-cu ilə qədər ikitərəfli ticarəti iki dəfədən çox artıraraq 500 milyard dollara çatdırmaq üçün iddialı bir hədəf qoyublar.
Vance bildirib ki, Vaşinqton qabaqcıl hərbi texnikanın satışı, eləcə də birgə istehsal sahəsində Yeni Dehli ilə daha sıx əməkdaşlığa can atır. O, həmçinin Hindistana Vaşinqtonun beşinci nəsil qırıcısını təqdim edib: “F-35 xalqınızı heç vaxt olmadığı kimi qorumağa kömək edəcək”.