ABŞ vitse-prezidenti: ABŞ-ın səxavəti olmasaydı, Ukrayna deyə bir ölkə olmazdı


“ABŞ-ın səxavəti olmasaydı, Ukrayna deyə bir ölkə olmazdı” deyən ABŞ-ın vitse-prezidenti Vens, Zelenskinin minnətdar olması lazım olduğunu bildirib.

Vens Mühafizəkarların Siyasi Fəaliyyət Komitəsinin (CPAC) 2025 İllik Toplantısının yığıncağında bir YouTube kanalına danışaraq, Ukrayna prezidenti Volodimir Zelenski haqqında açıqlamalar verib.

Vens deyib ki, əgər Zelenskinin ABŞ prezidenti Donald Trampla problemi varsa, ona zəng etməlidir: "Avropada press-tura çıxıb ABŞ prezidentini pisləməyin. Bu, onu, məni və Amerika xalqını təhqir etməkdir. Bu, axmaqlıqdır".

Trampın fikrinin bu şəkildə dəyişməyəcəyinə işarə edən Vens, Zelenskinin daha yaxşı məsləhətçilərə ehtiyacı olduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu