İtaliyada kanat qəzası nəticəsində 4 nəfər ölüb

İtaliyanın cənubundakı Neapolun Castellammare di Stabia qəsəbəsində kanat yolunda bir kabinənin düşdüyü və 4 nəfərin öldüyü açıqlanıb.
Milli mətbuatda çıxan xəbərlərə görə, bu gün günortadan sonra yerli vaxtla saat 15.00 radələrində Castellammare di Stabia ilə Faito dağının zirvəsini birləşdirən kanat xəttində nasazlıq yaranıb.
Kabinlərdə qalanların xilas edilməsi üçün işlər aparılarkən dağda hündür bir kabinədən xəttin ayrıldığı barədə məlumat alınıb.
Bildirilib ki, Faito dağının zirvəsi yaxınlığında yerləşən kabin qəzaya uğrayıb və axtarış-xilasetmə qrupları çətin hava və relyef şəraitində kabinədəki insanlara çatmaq üçün işə başlayıb.
İtaliyanın ANSA agentliyinin xəbərində düşən kabinədə 5 nəfərin olduğu, onlardan 4-nün həyatını itirdiyi, 1 nəfərin isə ağır yaralandığı bildirilib. Qeyd olunub ki, xəsarət alan şəxs təcili tibbi yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.
Xəbərdə qəzanın kanat vaqonunun dartma kabelinin qırılması nəticəsində baş verdiyi və qəzada ölənlərin turist ola biləcəyi bildirilib.
Yerdən təxminən 100 metr yüksəklikdə asılı vəziyyətdə qalan kabinədə sıxışan digər sərnişinlərin yanğınsöndürmə briqadasının köməyi ilə çıxarıldığı qeyd edilib.