Yaponiyada Dovşan adasında dovşan öldürən şəxs həbs edilib

Yaponiyada Dovşan adası kimi tanınan Okuno adasında bu il dovşan öldürdüyü üçün saxlanılan şəxsə 1 il həbs cəzası verilib.
2024-cü ilin noyabrından 2025-ci ilin yanvarına qədər Seto daxili dənizindəki Okuno adasında ümumilikdə 77 dovşanın öldürülməsi ilə bağlı işə Xirosima Rayon Məhkəməsində baxılıb.
Dovşanların insan zorakılığı səbəbi ilə öldürüldüyü iddialarının müzakirə edildiyi məhkəmədə şübhəlilərdən Hotta Rikunun 7 dovşanı təpikləyərək ağızlarına qayçı soxaraq öldürdüyü müəyyən edilib.
Məhkəmənin qərarına əsasən, Hotta "Heyvanların Mühafizəsi Qanunu"nu pozduğu üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, Yaponiyanın Ətraf Mühit Nazirliyi hadisə ilə bağlı adada əlavə təhlükəsizlik kameraları quraşdırmağı planlaşdırır.
Hotta 2025-ci ilin yanvarında adada küçədə gedərkən dovşanı təpikləyərkən görülməsindən sonra heyvana şəddətə görə saxlanılıb.
Rəsmi "Kyodo" agentliyinin məlumatına görə, Okuno adasının təxminən 500 yarı vəhşi dovşana ev sahibliyi etdiyi bildirilib.