Körpüdən aşan avtomobil digər maşının üstünə düşdü - VİDEO+YENİLƏNİB


DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə bağlı açıqlama yayıb.


AFN.az həmin açıqlamanı təqdim edir:

Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, təəssüflər olsun ki, bu sıxlığın yolun digər istiqamətlərinə təsir etməsi isə birbaşa bəzi sürücülərin avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə almaları və ya hadisə yerinə baxmaları ilə bağlıdır.

Bu gün günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza səbəbindən də eyni vəziyyət yaşanıb. Nəticədə əsas yolla yanaşı, kənar yol hər iki istiqamət üzrə nəqliyyatın hərəkətində ləngimələr olmuşdu.

Müşahidələrimiz onu deməyərə əsas verir ki, bu kimi hallar tez-tez yaşanır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır.
***

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

***

NİİM-dən bildirilib ki, polisin gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.


***

[
b]Bu gün paytaxtın mərkəzində ağır yol qəzası baş verib.[/b]


Heydər Əliyev prospektinin “Bağırov” körpüsündən keçən hissəsində “BYD” markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb.

Nəticədə avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.



















Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu