Növbəti görüş İstanbulda olacaq


Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.


Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Qeyd edib ki, Rusiya aprelin 10-u İstanbulda keçirilməsi planlaşdırılan növbəti danışıqlarda Xarici İşlər Nazirliyi xətti ilə təmsil olunacaq.

Peskov media nümayəndələrini görüşlə bağlı XİN-dən məlumat gözləməyə çağırıb.

Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda ABŞ ilə yeni ikitərəfli görüş planlaşdırıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu