Litvada dördüncü ABŞ hərbçisinin cəsədi tapılıb


Ötən həftə Litvada təlim keçdikdən sonra itkin düşən dördüncü ABŞ hərbçisinin cəsədi tapılıb.


AFN.az xəbər verir ki, bunu Avropa və Afrikadakı ABŞ Ordusu (Quru Qoşunları) Komandanlığı təsdiqləyib.

“ABŞ ordusunun 1-ci Zirehli Briqada Döyüş Komandası, 3-cü Piyada Diviziyasına təyin edilmiş dördüncü əsgər Pabrade təlim poliqonu yaxınlığında ölü tapılıb”, - deyə komandanlığın məlumatında deyilir.

Baltikyanı respublikanın prezidenti Gitanas Nauseda hərbçinin vəfatı ilə bağlı başsağlığı verib. Nauseda özünün X sosial şəbəkəsində "ABŞ və Amerika xalqına səmimi başsağlığımızı bildiririk. Biz belə çətin şəraitdə itkin düşən əsgərin tapılması üçün böyük səylər göstərən hər kəsə dərin minnətdarıq" - deyə yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu