ABŞ Hərbi Dəniz Qüvvələrinin Somali sahillərində itən iki üzvü ölü tapılıb


On gün əvvəl İrandan silah daşıdığı iddia edilən gəmiyə minmək istəyərkən Ədən körfəzində itkin düşən ABŞ Hərbi Dəniz Qüvvələrinin iki üzvünün cəsədi tapılıb.


Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Təəssüf hissi ilə bildiririk ki, on günlük hərtərəfli axtarışdan sonra itkin düşən iki üzvümüz ölü tapılıb və onların statusu KİA-ya dəyişdirilib”, - deyə idarənin mətbuat xidməti məlumat yayıb.

Axtarış-xilasetmə əməliyyatının başa çatdığı elan edilib. Hazırda hərbçilər həlak olanların cəsədlərini çıxarmağa çalışırlar.

Somali yaxınlığında əməliyyatlar keçirən dənizçilərin itkin düşməsi yanvarın 11-i axşam saatlarında məlum olub. Onlar geniş missiyaları yerinə yetirmək üçün ABŞ-ın 5-ci Donanmasının (C5F) əməliyyat zonasına yerləşdirilmişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu