İspaniyada mədəndə qəza baş verib

İspaniyanın şimalındakı Asturiya bölgəsinin Deqana qəsəbəsində kömür mədənində baş verən qəzada azı 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı və 4 nəfərin itkin düşdüyü bildirilib.
Asturiya muxtar hökumətinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yerli vaxtla saat 09.30-da Deqana şəhərindəki kömür mədənində partlayış baş verib və ən azı iki nəfər ölüb.
Səlahiyyətlilər partlayışdan sonra 3 nəfərin ağır yaralandığını, 4 nəfərin isə itkin düşdüyünü qeyd edib.
Asturiya muxtar hökumətinin sözçüsü partlayış zamanı mədənçilərin qrafit istehsalı üçün mineral üzərində işlədiyini açıqlayıb.
Bölgəyə çoxlu sayda təcili yardım, yanğınsöndürən və mülki yardım qrupları göndərilib.