Estoniya Rusiya ilə sərhədi qorumaq üçün yol çəkəcək


Estoniya hakimiyyəti Rusiya ilə dövlət sərhədini qorumaq üçün Narva (Narova) çayının qorunan ərazisində patrul yolu çəkəcək.


AFN.az xəbər verir ki, bu barədə Estoniya mediasında məlumat yayılıb.

Bildirilir ki, uzunluğu 7 km olan infrastruktur obyekti Vasknarva və Karoli (İda-Virumaa qraflığı) kəndləri arasında, digər ərazilərlə yanaşı, təbiət qoruğu və quşlar qoruğunu kəsən hissədə tikiləcək. Yol Narva sahili boyu yol tikintisi qadağan olunan ərazidən keçəcək, lakin məhdudiyyətlər sərhəd obyektlərinə şamil edilmir.

Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsinin şərq sərhədinin tikintisi layihəsinin rəhbəri Merle Tikk bildirib ki, Baltikyanı respublikanın hakimiyyət orqanları Rusiya Federasiyası ilə sərhədin inkişafı üzrə bütün işləri 2027-ci ilin sonuna qədər tam başa çatdırmağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu