Estoniya biometrik olmayan rus pasportlarının tanınmasını dayandırır


Estoniya martın 31-dən etibarən Rusiya vətəndaşlarının biometrik olmayan pasportlarının tanınmasını dayandıracaq.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Estoniynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"31 mart 2025-ci il tarixindən etibarən Estoniya Respublikası Rusiya Federasiyası tərəfindən verilmiş qeyri-biometrik pasportları tanımayacaq. Estoniyada və ya digər Aİ-yə üzv dövlətdə yaşamaq icazəsi olan və hazırda qeyri-biometrik Rusiya pasportundan istifadə edən şəxslər 30 sentyabr 2025-ci il tarixinədək biometrik pasport almaq üçün müraciət etməlidirlər", - deyə qurumdan bildirilib.

Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Rusiya qeyri-biometrik pasportları müxtəlif təhlükəsizlik riskləri daşıyır və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinə uyğun gəlmir.

Qeyd edək ki, bundan əvvəl Çexiya və Danimarka Rusiya biometrik olmayan pasportlarının tanınmasını dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu