“Melissa Group” tikinti şirkəti yaşayış olan evi belə dağıtdı -YENİLƏNİB+VİDEO


Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

***

Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.


Görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb. O bildirib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.

Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.

***

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır:


"Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Hazırda araşdırma davam etdirilir".

Həmin görüntüləri təqdim edirik:

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu