KİV: Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi düşünür


ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və ona F-16 qırıcılarının satışını bərpa etməyi düşünür.


AFN.az xəbər verir ki, bu barədə iki mənbəyə istinadən "Fox News" məlumat yayıb.

Tramp F-16 sövdələşməsinin tamamlanmasına kömək etməyə hazır olduğunu bildirib və tərəflər Türkiyə ilə xidmətdə olan Rusiyanın S-400 zenit-raket sistemlərini zərərsizləşdirmək barədə razılığa gələrsə, Ankaraya F-35 qırıcılarının satılacağını istisna etməyib. “Buna S-400 avadanlığının qismən sökülməsi və ya onun ABŞ-ın nəzarətində olan bazaya köçürülməsi daxil ola bilər”, - deyə kanalın mənbələri bildirib.

Vaşinqtonun Rusiyadan S-400-ləri almasından sonra Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ABŞ və NATO müttəfiqləri arasında narahatlıq yaradıb. F-35-in satışları dondurulub və Türkiyə təyyarənin istehsal proqramından çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu