Britaniya Ukraynada hərbi mövcudluğun variantlarını müzakirə edir - Starmer

Britaniya münaqişə həll edildikdən sonra sülh sazişinə əməl olunmasını təmin etmək üçün Ukraynada hərbi quru, dəniz və hava əməliyyatları üçün planlar hazırlayır.
Bunu Böyük Britaniyanın baş naziri Key Starmer Londonun şimalında Kral Silahlı Qüvvələrinin xaricdə birgə əməliyyatlar üzrə qərargahının komandanlığı qarşısında çıxışı zamanı deyib.
"Biz indi siyasi niyyətləri reallığa çeviririk. Konsepsiyanın plana çevrilməsi istər suda, istər havada, istərsə də quruda baş verə biləcək hadisələrdən gedir. Bu planlar hazırlanır. Mən detalları işləmək üçün qərargahın bəzi üzvləri ilə görüşdüm", - deyə o bildirib.
Starmer qeyd edib ki, Rusiya gələcək müqavilələrdən imtina edə bilər, ona görə də Qərb ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməlidir: "Ümid edirik ki, razılaşma olacaq. Amma mən bilirəm ki, indi planlaşdırmağa başlamağın vaxtıdır, sövdələşməyə əməl olunmasını təmin etmək üçün addımlar atılmalıdır. Panlaşdırılmalı olan müxtəlif variantlar var, lakin biz bu işi indi nə qədər tez etsək, bir o qədər yaxşıdır", - deyə Starmer qeyd edib.