Serbiya parlamenti hökuməti istefaya göndərib


Serbiya parlamenti Novi Sadda qatar stansiyasında damın uçması nəticəsində yaranan tələbə etirazlarından sonra hökuməti istefaya göndərib.


AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Artıq yeni hökumətin formalaşdırılması üçün 30 günlük müddət başlayır. Əgər yeni hökumət seçilməsə, Serbiyada parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, Miloş Vuçeviç hökuməti 2024-cü il mayın 2-də seçilib. Baş nazir də öz növbəsində yanvarın 28-də tələbələrin etirazları fonunda istefa verdiyini açıqlayıb.

Serbiyada tələbə etirazları 2024-cü ilin noyabrında Novi Sadda dəmir yolu vağzalının damının uçmasından sonra başlayıb. 15 nəfərin ölümü ilə nəticələnən faciə prezident Aleksandar Vuçiç hökumətində iddia edilən korrupsiya və səhlənkarlığa görə hiddətə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu