Aİ yanvarda son iki ildə ən yüksək həcmdə Rusiya qazı alıb


Yanvar ayında Avropa İttifaqı (Aİ) Rusiya boru kəməri qazını 833 milyon avroya və mayeləşdirilmiş təbii qazı (LNG) 1,07 milyard avroya alıb. 1,9 milyard avroluq ümumi alışlar son iki ilin ən yüksək həddi olub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Eurostat" məlumatlarına istinadən TASS hesablamalar aparıb,

Yanvarda Aİ ölkələri Rusiyadan LNG almaq üçün 1,07 milyard avro ödəyib ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 17% və 2024-cü ilin yanvar ayı ilə müqayisədə 57% çoxdur. Bu rəqəm 2023-cü ilin yanvarından bəri ən yüksək göstəricidir, o zaman Rusiyanın maye qazının tədarükünün ödənilməsinə 1,3 milyard avrodan çox vəsait xərclənib. Hollandiya Rusiyadan LNG alışını 2024-cü ilin dekabr ayı ilə müqayisədə 1,6% artıraraq 100 milyon avroya çatdırıb.

Ukraynadan tranzitin tamamilə dayandırılmasına baxmayaraq, Aİ yanvar ayında 833 milyon avro dəyərində Rusiya boru kəməri qazını idxal edib ki, bu da 2024-cü ilin dekabrından cəmi 10% azdır. Üstəlik, bu məbləğ 2024-cü ilin oktyabr və noyabr aylarında olduğundan çoxdur. “Türk axını” qaz kəməri Rusiya qazının Avropaya nəqli üçün sonuncu aktiv marşrut olaraq qalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu