ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb

ABŞ-ı vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornadoları və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub" - deyə o, "Truth Social" səhifəsində yazıb.
Təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir.
Tramp əlavə edib ki, ABŞ Milli Qvardiya bölmələri dağıntıların öhdəsindən gəlmək və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzasa yerləşdirilib.
"Associated Press"in məlumatına görə, tornadolara, toz fırtınalarına və 100-dən çox meşə yanğınına səbəb olan fəlakət 100 milyondan çox insanın yaşadığı əraziyə təsir edib.