Qvatemaladakı Fueqo vulkanı püskürüb


Qvatemaladakı Fueqo vulkanı püskürüb.



Səlahiyyətlilər paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində yerləşən Fueqo vulkanının ötən gecə püskürdüyünü açıqlayıb.

Səlahiyyətlilər təxminən 300 ailənin təxliyə edildiyini və bölgədə yaşayan 30 min insanın da risk altında ola biləcəyi barədə xəbərdarlıq edib.

Hələlik itkilər barədə məlumat verilməyib.

Qeyd edək ki, hündürlüyü 3763 metr olan "Fueqo" vulkanı Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir.

Xatırladaq ki, vulkan 2018-ci ildə də püskürüb və təxminən 200 nəfərin ölümünə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu