Filippində vulkan püskürməsindən sonra 87 min insan təxliyə edilib


Filippində Kanlaon vulkanının püskürməsindən sonra təxminən 87 min insanın təxliyyə prosesi başlayıb.



Filippin Mülki Müdafiə İdarəsindən verilən açıqlamada Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra can itkisinin olmadığı bildirilib.

Açıqlamada qeyd edilib ki, vulkanın qərb və cənub yamaclarına ən yaxın rayonlarda yerləşən şəhər və kəndlərdə fövqəladə kütləvi evakuasiya aparılıb.

Açıqlamada vulkanın ətrafındakı 6 kilometrlik təhlükə zonasından 47 minə yaxın insanın təxliyə edildiyi, təxliyyə prosesinin təxminən 87 min nəfəri əhatə edəcəyi paylaşılıb.

Filippin prezidenti kiçik Ferdinand Markos jurnalistlərə açıqlamasında 6 kilometrlik təhlükə zonasından kənarda təxliyə edilən ailələrə dəstək verməyə hazır olduqlarını bildirib.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu dünən Kanlaon vulkanının püskürdüyünü və 3 min metr yüksəkliyə kül səpdiyini açıqlayıb.

Kanlaon vulkanı iyun ayında aktivləşib. Vulkan təxminən 6 dəqiqə püskürüb və 5 min metr hündürlüyə çatan tüstü yaradıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu