ABŞ-da kəpənəklərin sayı 2000-2020-ci illər arasında 22 faiz azalıb

Amerikalı alimlər 2000-2020-ci illər arasında ölkə üzrə kəpənək populyasiyasının 22 faiz azaldığını aşkar ediblər.
"Science Daily"nin məlumatına görə, araşdırma çərçivəsində kəpənəklərlə bağlı 76 min araşdırmadan əldə edilən 12,6 milyon məlumat təhlil edilib.
Alimlər statistik modellərdən istifadə edərək 342 kəpənək növünün populyasiyasının dəyişməsini tədqiq edərək, onların illər ərzində azalma sürətini və ən çox təsirlənən növləri müəyyən ediblər.
Araşdırma 2000-ci ildən 2020-ci ilə qədər ABŞ-da kəpənək populyasiyasının 22 faiz azaldığını müəyyən edib.
Araşdırmada ABŞ-da 107 müxtəlif növ kəpənəklərin populyasiyasının 50 faizdən çox azaldığı, bəzi növlərin isə 98 faiz yoxa çıxdığı qeyd edilib.
Alimlər bildiriblər ki, kəpənək populyasiyasının bu azalmasına səbəb yaşayış yerlərinin itirilməsi, pestisidlər və iqlim dəyişikliyi ilə bağlıdır.
Kəpənəklərin ekosistemdə həyati rol oynadığını vurğulayan elm adamları kəpənəklərin sürətlə çoxalma qabiliyyətinə malik olduqları üçün müvafiq qorunma tədbirləri ilə onların populyasiyalarının canlandırılmasının mümkün olduğunu qeyd ediblər.
Araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.