Ukrayna: Ölkənin enerji və təbii qaz infrastrukturu intensiv hava hücumu altındadır

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, Rusiya ordusu ölkə daxilində enerji və təbii qaz infrastrukturuna intensiv hava zərbələri endirib.
Bu barədə Qaluşenko Facebook hesabında yazıb.
Hücumda raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyini bildirən Qaluşenko “Ukraynanın müxtəlif bölgələrində enerji və təbii qaz infrastrukturu yenidən intensiv raket və pilotsuz uçuş aparatlarının hücumları altındadır” deyib.
Qaluşenko bildirib ki, Rusiyanın məqsədi Ukrayna xalqını işıqsız və istiliksiz qoymaqdır.