Ukrayna: Rusiya ordusu tərəfindən buraxılan 78 PUA-dan 60-ı məhv edilib
Rusiya ordusunun 78 “Şahed” tipli pilotsuz uçuş aparatı ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi, 60 PUA-nın məhv edildiyi bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında verilən açıqlamada Rusiyanın gecə və səhər saatlarında hava hücumları təşkil etdiyi bildirilib.
Açıqlamada Rusiya ordusunun 78 “Şahed” tipli PUA-nı havaya buraxdığı, 60 PUA-nın isə Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.
Açıqlamada PUA-lardan ikisinin Rusiyaya qayıtdığı, birinin Belarusa doğru uçuşunu davam etdirdiyi, 15-nin isə Ukrayna ərazisində itdiyi qeyd edilib.
Bildirilib ki, ruslar hücumda “İskəndər-M” tipli ballistik raketlərdən də istifadə edib.
Mənbə: AA