Liviya cihad vergisini ləğv edir

Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası Liviya Cihad Fondu üçün üç faiz vergi nəzərdə tutan 1970-ci ildə qəbul edilmiş qanunu ləğv edib.
AFN.az xəbər verir ki, bu barədə Liviya mediası məlumat yayıb.
Bildirilir ki, palatanın qərarına əsasən, işçilərin maaşından cihad vergisinin tutulması dayandırılacaq. Qərar 100 Liviya dinarını (200 dollar) keçən bütün ölkə vətəndaşlarına şamil edilib.
Ləğv edilmiş qanunun maddəsinə əsasən, pullar fonda “İslam dünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək məqsədi ilə” köçürülüb.