Türkiyənin müdafiə naziri: “Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya kimi dost və qardaş ölkələrə dəstəyini əsirgəməyəcək”


“Türkiyə dost və qardaş Azərbaycan, Şimali Kipr, Liviya kimi ölkələrin təhlükəsizliyinə dəstək üçün köməyini əsirgəməyəcək. Biz başda qonşu ölkələr olmaqla bütün ölkələrin ərazi bütövlüyünə, siyasi birliyinə sayğı ilə yanaşırıq”.



APA-nın yerli bürosunun xəbərinə görə, bunu Liviyada səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.

H.Akar deyib ki, Türkiyə regionda sülh və sabitliyi bərqərar etmək səyləri ilə yanaşı 83 milyon əhalisinin təhlükəsizliyini tam təminatı üçün də bütün qüvvəsi ilə fəaliyyətdədir: “Bunun üçün Türk Silahlı Qüvvələri (TSK) çox gərgin bir dönəmdən keçir. Əsgərlərimiz bütün vəzifələrini şərəflə və böyük bacarıqla yerinə yetirilər. Türkiyənin haqq, hüquq və mənfəətləri üçün bu fəaliyyətləri davam edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu