Nigeriya futbolçuları Liviya ilə oyundan imtina etdi


Nigeriya Milli Futbol Komandası Benqazidəki matçı oynamamaq qərarına gəlib və Liviyanın şərqindəki İbrik hava limanında 18 saat qapalı qaldıqdan sonra Liviyanı tərk edib.



Liviyanın rəsmi agentliyi LANA-nın xəbərində Nigeriya Milli Komandasının 2025-ci ildə Mərakeş Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində sabah Benqazidə Liviya Milli Komandası ilə keçiriləcək oyundan çəkildiyi bildirilib.

Nigeriyalı futbolçuların ölkələrinə qayıtmaq üçün İbrik hava limanından ayrıldıqları qeyd edilib.

Liviyanın şərqindəki İbrik Hava Limanının rəsmisi Celal Muheşhiş mətbuata açıqlamasında Nigeriya Milli Komandasının Liviyada oyun keçirməkdən imtina etdiyini və komandanın ölkələrinə qayıtmaq qərarına gəldiyini bildirib.

Qeyd edək ki, Liviya mətbuatında yer alan xəbərdə, Liviya Milli Komandasının oktyabrın 11-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriyada oynadığı matçdan əvvəl eyni münasibəti gördüyü və qarşılıq olaraq Nigeriyalı oyunçuların matçın oynanacağı Bingazi şəhərinə 330 kilometr uzaqlıqdakı İbrık Hava Limanına enəcəyi qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu