Boliviyada avtobus və mikroavtobusun toqquşması nəticəsində 25 nəfər ölüb


Boliviyada sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində ilkin məlumatlara görə 25 nəfər ölüb, 26 nəfər yaralanıb.



Potosi rayon prokuroru Qonzalo Aparicio mətbuata bildirib ki, Oruro şəhərindən hərəkət edən sərnişin avtobusu Potosi və Oruro bölgələrini birləşdirən magistral yolda mikroavtobusla toqquşub.

Aparicio qəzada ilkin məlumatlara görə 25 nəfərin öldüyünü, bəzilərinin ağır olmaqla 26 nəfərin də yaralandığını bildirib.

Regional Polis Komandanlığının sözçüsü qəzanın səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmaya başlanıldığını açıqlayıb.

Yanğınsöndürənlər və polis qəza yerində axtarış-xilasetmə işlərini davam etdirir.

Xatırladaq ki, martın 1-də Boliviyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 37 nəfər ölüb, 30 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu