Trampın Kiyevə yardımı dayandırmaq qərarı qüvvəyə minib - KİV

ABŞ prezidenti Donald Trampın Ukraynaya bütün hərbi yardımı dayandırmaq barədə sərəncamı qüvvəyə minib.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin mənbəsinin məlumatına görə, hərbi yardımın verilməsi artıq bir neçə saatdır ki, dayandırılıb.
Qeyd edək ki, Pentaqonun nümayəndəsi TASS-a bildirib ki, ABŞ Silahlı Qüvvələri Ukraynaya hərbi yardımı dayandırıb. Onun sözlərinə görə, dayandırılma Ukraynada olmayan bütün ABŞ hərbi texnikasına, o cümlədən təyyarələr və gəmilərlə daşınan və ya Polşada tranzit zonalarda daşınmasını gözləyən silahlara şamil edilir.