Britaniya Ukraynaya yardımı davam etdirəcək


Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinin (AFU) “strategiya dəyişikliyinə” və Kursk bölgəsinə hücumuna baxmayaraq, Kiyevə hərbi yardımı davam etdirəcək.


AFN.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Sky News" məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki strategiyasının kəskin dəyişməsinə baxmayaraq, London Kiyevi dəstəkləməyə davam edəcək”, - deyə kanal adının açıqlanmasını istəməyən Britaniya hökumətinin nümayəndəsinin sözlərini dərc edib.

Mənbə əlavə edib ki, Britaniyann Ukraynaya hərbi yardımı davam etdirmək niyyəti qətidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu