Finlandiya Ukraynada sülhə nail olmaq üçün üç mərhələli plan təklif edir

Finlandiya prezidenti Aleksander Stubb sülhə nail olmaq üçün üç mərhələli plan təklif edib.
AFN.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb. Stbbun planına əsasən, Ukrayna ilkin olaraq güclü mövqeyə keçirilməlidir.
“Bu plana Ukraynaya daha çox dəstək, Rusiyaya qarşı sərt sanksiyalar və dondurulmuş aktivlərdən istifadə daxildir”, - deyə siyasətçi vurğulayıb. Stubb əlavə edib ki, plan Avropanın Ukraynanı dəstəklədiyi və ABŞ-ın dəstək verdiyi təhlükəsizlik sazişləri ilə birləşdirilməlidir.
Onun sözlərinə görə, yalnız bu addımlar atəşkəsə, daha sonra isə sülh danışıqlarına gətirib çıxarmalıdır.