ABŞ Rusiya və Ukrayna ilə ikitərəfli görüşlərdən sonra üçtərəfli danışıqları planlaşdırır

Vaşinqton administrasiyası Moskva və Kiyev nümayəndələri ilə ikitərəfli görüşlər keçirməyi, daha sonra isə münaqişənin hər iki tərəfi ilə birgə danışıqlar təşkil etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC televiziyası məlumat yayıb.
Bildirilir ki, Kiyevin nümayəndələrinin Səudiyyə Ərəbistanında keçiriləcək məsləhətləşmələrdə iştirak etməyəcəkləri təsdiqlənib, lakin qeyd edilib ki, ABŞ həm Rusiya, həm də Ukrayna ilə münaqişənin həlli istiqamətində işləmək niyyətindədir.