Misirdə firon II Ramzesin məbədinin bərpasına başlanılıb


Misirdə arxeoloqlar firon Ramzesin qədim məbədini bərpa etməyə başlayıblar.


Məlumatı "Fox News" yayıb.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi Luksor əyalətində yerləşən firon II Ramzesin Ramesseum məbədində yeni ildə əsaslı bərpa işlərinin aparılacağını açıqlayıb.

Firon II Ramzes eramızdan əvvəl 1303-cü ildə anadan olub və eramızdan əvvəl 1213-cü ildə vəfat edib. Turizm Nazirliyindən bildirilib ki, bərpa işləri Koreya Milli Mədəni İrs Universiteti ilə əməkdaşlıq çərçivəsində aparılır. Misir rəsmilərinin bildirdiyinə görə, II Ramzes məbədi Misirin günəş tanrısı Amun-Ranın şərəfinə tikdirib.

Ramesseum eramızdan əvvəl 27-ci ildə Misirdə baş verən zəlzələdən sonra xarabalıqlar altında qalıb, lakin nazirlik açıqlamasında bildirib ki, qədim binanın qalıqları onun II Ramzesin əzəmətini və krallar arasında statusunu əks etdirən möhtəşəm məbəd olduğunu göstərir.

Layihə qədim misirlilərin bu dirəyi (kəsik piramida formasındakı tikili – red.) tikərkən istifadə etdikləri üsulları anlamaq, onun yazılarını təhlil etmək və digər məbədlərdəki yazılarla müqayisə etmək məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu