Misirdə Nefertiti büstünün Almaniyadan qaytarılması üçün kampaniya başladılıb


Misir arxeoloqu və keçmiş əsərlər naziri Zahi Havas Almaniyadan 3400 illik Nefertiti büstünün geri alınması üçün kampaniyaya başlayıb.


Misirin dövlət qəzeti "Əl-Əhram"ın xəbərinə görə, Havas paytaxt Qahirədə Əmir Taz sarayında keçirilən tədbirdə Nefertiti büstünün geri qaytarılması üçün kampaniyaya başladığını açıqlayıb.

Nefertiti büstünün qeyri-qanuni yollarla Misirdən çıxarıldığını bildirən Havas qeyd edib ki, tarixi və estetik dəyəri baxımından tarixdə bənzəri olmayan bu möhtəşəm büst hal-hazırda Almaniyadadır, lakin onun öz yerinə - vətəni Misirə qayıtmasının vaxtıdır.



Misirdə tapılan əsərlərin qanuni yollarla geri qaytarılması tələbi olmadığını vurğulayan Havas, ölkədən qeyri-qanuni yollarla götürüldüyünü söylədiyi Nefertiti büstünün geri gətirilməsi üçün başladığı kampaniyaya dəstək istəyib.

Havas daha əvvəl büstün Misirə qaytarılması üçün Almaniyanın Antik Əsərlər üzrə Ali Şurasına müraciət etdiyini bildirib.

Qədim Misir inancına görə, Nefertiti günəş Tanrısının ona bəxş etdiyi gözəllik və səxavətdən bəhrələnmiş və firon Akhenatonun həyat yoldaşı olmuşdur.

1912-ci ildə alman arxeoloqu Lüdviq Borçardt tərəfindən aşkar edilən Nefertitinin büstü o dövrün Prussiya hökuməti tərəfindən satın alınıb.

Misir büstün alınması və çıxarılması prosesinin qeyri-qanuni baş verdiyini iddia etsə də, Almaniya hökuməti sözügedən büstün Prussiya tərəfindən alındığını sübut edən hüquqi sənədlərin olduğunu və bu səbəbdən Nefertiti büstünün Misirə qaytarıla bilməyəcəyini bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu