ABŞ İtaliyadan oğurlanmış 250-dən çox əl işi antik əşyanı geri qaytarıb


ABŞ İtaliyadan oğurlanmış və 1990-cı illərdə ölkədəki muzeylərə və kolleksiyaçılara satılan 250-dən çox əl işi antikvarı geri qaytarıb.


BBC-nin xəbərinə görə, İtaliyaya qaytarılan əşyalar, rəsmlər və heykəllər kimi bəzi parçaların 3000 il əvvələ aid olduğu bildirilir.

Əsərlər arasında olan bəzi mozaikaların milyonlarla avro dəyərində olduğu təxmin edilir.

Bu əsərlərin 1990-cı illərdə İtaliyadan oğurlanaraq hərraclarda ABŞ-dakı muzey və kolleksiyaçılara satıldığı bildirilir.

İtaliya Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, polis tərəfindən Texasdakı muzeydə sərgilənən əsərlərin qeyri-qanuni yollarla əldə edildiyi öyrənilib.

Muzeydən verilən açıqlamada əsərlərin muzeyə “hədiyyə” edilməsinin nəzərdə tutulduğu, lakin bu təklifin qəbul olunmadığı və donorun İtaliya Mədəniyyət Nazirliyinə yönləndirildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu