Qutsul Qaqauziya rəhbəri vəzifəsindən uzaqlaşdırılmasını Moldova məhkəməsinin məqsədi adlandırıb


Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul bildirib ki, onun vəzifəsindən kənarlaşdırılması Moldovada ona qarşı uzanan məhkəmə prosesinin məqsədidir.



Qutsul qeyd edib ki, məhkəmə qeyri-konstitusiya və quldur üsullardan istifadə edir. Onun sözlərinə görə, iş prokurorların saxta ittihamlarına əsaslanır.

O, istintaqı bütün respublikanın gələcəyi ilə bağlı sual adlandırıb. Onun fikrincə, Moldovada müxalifətin demokratik proseslərdə iştirak hüququ, qanunun aliliyi prinsipi və Qaqauziyanın muxtariyyətinin qorunub saxlanması təhlükə altındadır.

Qutsul ədalət, vətəndaşların hüquqları və ölkənin gələcəyi üçün mübarizəni davam etdirəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu