Yevgeniya Qutsul Moldovaya qayıtmaq niyyətində olduğunu açıqlayıb


Moldova Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Kişinyovun təzyiqlərinə baxmayaraq, Moldovaya qayıtmaq niyyətindədir.



Bu barədə o, Telegram kanalında yazıb.

“Mən Moldovaya, Qaqauziyaya qayıdacağam, çünki xalqımın yanında olmaq mənim borcumdur. Bu mənim işimdir. Bu, Rusiya, Türkiyədə və dünyanın digər ölkələrində və bölgələrindəki tərəfdaşlarımızla görüşmək kimi bir işdir”, - mesajda deyilir.

O, həmçinin qeyd edib ki, Kişinyovun onun Rusiyaya səfərinə reaksiyası zəifliyi ilə bağlıdır. Qutsul qeyd edib ki, onu qorxutmaq cəhdləri uğursuz alınıb.

Ötən gün Ümumdünya Gənclər Festivalı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Yevgeniya Qutsul arasında görüş keçirilib. Siyasətçilərin mürəkkəb regional və geosiyasi məsələləri müzakirə etdiyi qeyd edilib.

Həmçinin həmin gün Qutsul Qaqauziyanın xüsusi hüquqi statusunun Moldovanın ayrı-seçkilik siyasətindən qorunmasında Türkiyənin köməyinə ümid etdiyini bildirib. Siyasətçinin sözlərinə görə, ötən ilin sentyabrında o, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla bu məsələni müzakirə edib.

Qaqauziya Moldovanın cənubunda yerləşən muxtariyyətdir. 2014-cü ilin fevralında Qaqauziyada ölkənin xarici siyasətinin vektorunun müəyyənləşdirilməsi məsələsi ilə bağlı referendum keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu