NATO Moldovaya daimi yardım vəd edib
NATO baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə bildirib ki, alyans Moldovaya daimi dəstək vəd edib.
“NATO Moldovanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir və biz Rusiyanı öz qoşunlarını ərazinizdən çıxarmağa çağırırıq. Siz bizim daimi köməyimizə arxalana bilərsiniz. Bu ilin əvvəlində NATO Moldovanın kibertəhlükəsizliyini, eləcə də strateji kommunikasiya sistemlərini və müdafiə qabiliyyətini gücləndirmək üçün əhəmiyyətli yardım paketini razılaşdırıb” - deyə Stoltenberq bildirib.
O vurğulayıb ki, iyulda Vilnüsdə keçirilən sammitdə NATO ölkələri Kişinyovla siyasi və praktiki əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər ki, bu da Aİ-yə daxil olmaq yolunda ona kömək etməlidir.
Stoltenberq Rusiyanı Moldovadakı təzyiq, enerji şantajı və dezinformasiyada günahlandırıb və Kişinyovun ölkə daxilində sabitliyi və təhlükəsizliyi gücləndirmək hərəkətlərini alqışlayıb.