NATO Rusiyanı Zaporojye AES-dən qoşunlarını çıxarmağa çağırıb


Şimali Atlantika Alyansı Moskvanın hərəkətlərini təhlükəli hesab etdiyi üçün Rusiyanı qüvvələrini Zaporojye Atom Elektrik Stansiyasından (ZNPP) çıxarmağa çağırır.


AFN.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın sammitinə gələrkən jurnalistlərə bildirib.

"Rusiyanın nüvə ritorikası təhlükəlidir. Rusiya başa düşməlidir ki, nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt başlamamalıdır. NATO Rusiyanın hərəkətlərini diqqətlə izləyir və biz Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi ilə bağlı açıqlamalardan təəssüflənirik. İndiyədək biz Rusiya nüvə qüvvələrinin mövqelərində NATO-nun reaksiyasını tələb edəcək hər hansı dəyişiklik görməmişik", - deyə baş katib bildirib.

Stoltenberq əlavə edib ki, Zaporojye AES-dəki vəziyyətlə bağlı Rusiyanın öz qüvvələrini geri çəkmək zərurət: "Çünki onun Zaporojyedəki hərəkətləri Avropanın ən böyük nüvə stansiyasının təhlükəsizliyini pozur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu