ABŞ Şimali Koreyanın raket buraxılışını təhlükə saymır


ABŞ Müdafiə Nazirliyi KXDR-in hipersəs ballistik raket buraxması ilə bağlı Amerika qüvvələri üçün təhlükə görmür.


AFN.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

"Biz Şimali Koreyanın ballistik raket buraxmasından xəbərdarıq. Və həmişə olduğu kimi, biz regiondakı müttəfiqlərimizlə sıx əməkdaşlıq edirik. Bu hərəkətləri pisləyir və KXDR-i növbəti qanunsuz və sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırırıq", - deyə o bildirib.

Keçmişdə də belə hərəkətlərin şahidi olduqlarını deyən Sabrina Sinq vurğulayıb ki, Pentaqon bunun Amerika qüvvələri üçün təhlükə yaratdığına inanmasa da, vəziyyəti izləməyə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu