Güclü yağış Məkkədə daşqınlara səbəb olub


Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağışdan sonra baş verən sel bir çox ərazinin su altında qalması ilə yanaşı, maliyyə itkilərinə də səbəb olub.


Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA Məkkənin bir çox bölgəsində şiddətli yağışın yağdığını bildirib.

Yerli və sosial mediada leysan yağışların Məkkədə təsirli olduğu, bəzi bölgələrdə daşqına səbəb olduğu bildirilir.

Şəhərin bəzi küçə və prospektləri güclü axınlarla dolarkən, motosiklet və avtomobillərin sel sularına qərq olduğu müşahidə edilib.

Məkkədə bir çox mağaza və iş yerinin su altında qaldığı bildirilərkən, sel fəlakətində can itkisi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi Məkkədə güclü yağış və külək, həmçinin dolu ilə bağlı xəbərdarlıq etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu