ABŞ-da evsizlərin sayı rekord həddə artıb

ABŞ-da evsizlərin sayı rekord həddə çatıb. Bu barədə ABŞ-ın Mənzil və Şəhərsalma Departamenti məlumat yayıb.
İdarənin hesabatında qeyd olunur ki, 2024-cü ilin yanvar ayında ölkədə 771 480 nəfər bir gecədə evsizliyə məruz qalıb. Bu da illik hesablamada 18% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvarında ABŞ-da evsiz qalan və küçədə, sığınacaqlarda, müvəqqəti sığınacaqlarda və ya avtomobillərdə yaşamağa məcbur olan insanların sayı 650 mini keçib.
Sənəddə həmçinin qeyd olunur ki, 2024-cü ildə uşaqlı ailələrdə kimsəsizlərin sayı 39% artaraq 259 473 nəfərə çatıb.
Nəşr qeyd edir ki, evsizlərin sayının artması əlverişli mənzillərin olmaması, inflyasiya, maaş artımının durğunluğu kimi amillərlə bağlıdır. Bundan əlavə, sağlamlıq böhranı və təbii fəlakətlər vəziyyətə mənfi təsir göstərib.